Polisdən saxta məlumat yayanlara XƏBƏRDARLIQ

Mətbuatda dərc olunan məlumatların yoxlanılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunla tənzimlənir.
Avtosfer.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın dəqiqləşdirilməmiş məlumatların yayılması ilə bağlı sorğusuna cavab olaraq bildirib.
E.Hacıyevin sözlərinə görə, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanunda bu barədə konkret müddəa var:
“Kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsaslar yarada bilər. Bunu nəzərə alaraq, jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, faktı icimailəşdirməmişdən əvvəl onu aidiyyatı üzrə dəqiqləşdirməlidirlər. Jurnalistlərlə yanaşı, sosial şəbəkə istifadəçiləri də rastlaşdıqları faktı, yaxud “feyk nyus”u rahatlıqla ictimailəşdirirlər.
Bəzən əsassız yayılan informasiyanın dəqiqləşdirilməsi üçün saatlarla vaxt lazım olur. İnformasiya saytları ilə yanaşı, sosial mediada həmin məlumatlar kütləvi paylaşılır, informasiyanın mahiyyətindən xəbərsiz olanlar rəylər yazır, ittihamlar səsləndirirlər. Belə olduqda meyarlar pozulur. Bu, ənənəvi mediadan fərqli olaraq, sosial şəbəkələrdə ani emosional münasibət - isterika yaradır”.
Gültən Qədirli
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












