Polislər "Bazarstore"a hücüm edən şəxsi zərərsizləşdirib - FOTO

Bakıda 42 yaşlı kişi "Bazarstore" mağazasına bıçaqla basqın edib. Avtosfer.az "Report"-a istinadən xəbərinə görə, hadisə bu gün saat 18:50 radələrində, paytaxtın Suraxanı rayonu, Malik Mustafayev və Elxan Həsənov küçəsinin kəsişməsində yerləşən ünvanda qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Tamin Məmmədov "Bazarstore" mağazasına daxil olaraq satıcını bıçaqla hədələyib, kassadan pul tələb edib. Bu zaman həmin ərazidə olan Suraxanı Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin (PPX) əməkdaşlarının çağırış üzrə hadisə yerində çevik tədbirləri nəticəsində T.Məmmədov saxlanılıb.
Daha sonra T.Məmmədov 31-ci Polis Bölməsinə təhvil verilib.
Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlar paytaxtda ərazi polis orqanlarının PPX bölüklərinin fəaliyyəti gücləndirilib. Gün ərzində növbəli xidmət aparan naryadların çağırışılar üzrə hadisə yerinə yaxınlaşması asanlaşdırılıb. Ən müasir rabitə cihazları ilə təmin edilən naryad qruplarına peşəkar, hazırlıqlı əməkdaşlar cəlb olunub. Ərazidə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatının dayanıqlı olması üçün PPX-ların işinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












