Qalmaqallı yol qəzası ilə bağlı məhkəmə davam edir

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayon icra başçısı Asif Əsgərovun və “Mc Donalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin oğlanlarının düşdüyü qəza ilə bağlı hakim Ramella Allahverdiyevanın sədrliyi ilə növbəti məhkəmə iclası keçirilib. A.Əsgərovun oğlu İlham Əsgərlinin vəkili Bəylər Məmişov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bugünkü iclasda iş üçün əlavə ekspertiza təyin edilib: “İlkin avtotexniki ekspertiza zamanı müstəntiq ekspert qarşısında 2 variantda cavab verilməsini təqdim edib. Bu onu göstərir ki, müstəntiq özü də hadisə haqda dəqiq qərar verə bilməyib. İşdə “Mercedes” markalı avtomobilin qəza zamanındakı sürəti barədə şübhəli məqamlar var. Bu səbəbdən məhkəmədə işin əlavə ekspertiziya göndərilməsi haqda vəsatət verdik. Hakim vəsatətimizi təmin etdi. Növbəti məhkəmə iclası əlavə ekspertizanın rəyindən sonra müəyyən olunacaq”.
Xatırladaq ki, ötən ilin sentyabrın 27-də Zığ yolunda baş verən qəzada Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev vəfat edib. Asif Əsgərovun oğlu İlham Əsgərli və sürücü Pərvin Fətullayev yaralanıb.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












