“Qara qızılın saldığı dəmir yollar” fotosərgisi Sabunçu vağzalına köçdü - FOTOLAR

Sabunçu Dəmiryol Vağzalının sərnişinləri növbəti günlər ərzində buradan keçərkən “Qara qızılın saldığı dəmir yollar” fotosərgisi ilə də tanış ola biləcəklər. Avtosfer.az xəbəverir ki, vağzalın üst mərtəbəsində açılan sərgi Azərbaycanın sənaye tarixində mühüm yer tutan iki sahənin – neft və dəmir yollarının bir-birini tamamlayan inkişaf yolunu nümayiş etdirir. “Azərbaycan Dəmir Yolları”nın bu il qeyd edilən 145 illik yubileyinə həsr edilən fotosərgi “Balakhani Operating Company” ilə birgə təşkil edilib. İzləyiciləri vizual tarixi ekskursa aparan sərgi xatırladır ki, Azərbaycanda XIX əsrin sonlarında başlanan neft hasilatı nəqliyyat sisteminin inkişafını da zəruri edib. Buna görə də 1880-ci ildə ilk dəmir yolu – Bakı–Sabunçu–Suraxanı xətti istifadəyə verilib. Bu qatarlar dünyada ilk dəfə nefti vaqon-sisternlərlə daşıyaraq tarix yazıblar. Həmin dəmir yolları təkcə neft deyil, həm də sərnişinləri daşıyırdı: Abşeronun mədənlərindən şəhərə və ya əksinə üz tutan minlərlə neftçi və onların ailələrini. Rəsmi açılışı tarixi Sabunçu vağzalı- bu günkü Dəmiryol Muzeyində baş tutan fotosərgidə çıxış edən “Balakhani Operating Company” hasilat şirkətinin prezidenti Rövşən Rzayev vurğuladı ki, neftçilərlə dəmiryolçuların peşəkar yolları və fəaliyyəti bu günə qədər sıx bağlıdır. Hətta bu gün Sabunçu və Suraxanı rayonlarındakı mədənlərdə çalışan əməkdaşların 10%-dan çoxu işə qatarla gəlib gedirlər.
“Qara qızılın saldığı dəmir yollar” fotosərgisində nümayiş etdirilən tarixi fotoların əksəriyyəti Milli Arxivdən alınaraq ilk dəfə izləyicilərə təqdim edilir.


Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












