Qazaxın işğal altındakı kəndlərinin ilk görüntüləri - VİDEO

Qazaxın 7, Sədərəyin isə 1 - Kərki kəndi 30 ildən çoxdur ki, işğal altındadır. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının əsas müddəlarından biri bu kəndlərin geri qaytarılmasıdır. Əməkdaşlarımız Qazaxın işğal altında olan kəndlərinin ən son görüntülərini lentə alıblar.
Bir vaxtlar 8 minə yaxın əhalinin yaşadığı kəndlər indi xaraba qalıb.
Qazaxın işğal altında olan Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib.
Bu kəndlər keçmiş münaqişə zonasından yüzlərlə kilometr uzaqlıqda yerləşir. İşğal zamanı, yəni 1990-cı ilin martında ən dəhşətli hadisələr Bağanis Ayrm kəndində yaşanıb.
Ermənilər kənddəki bir ailənin 39 günlük körpəsindən 79 yaşına qədər 5 üzvünü diri-diri yandırıb.
1992-ci il martın 8-də isə Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri işğal edilib.
Barxudarlı və Sofuludakı 230 evin hamısı talan edilərək yandırılıb. Barxudarlı sözünün mənası "Arzusuna yetişmiş, xoşbəxt" olsa da, bu kəndin xoşbəxt günlərindən əsər-əlamət qalmayıb.
Ermənilər bu kənddə yerləşən mövqelərindən müxtəlif vaxtlarda Bala Cəfərli və Xanlıqlar kəndini atəşə tutublar.
Yaşıl meşələri, uzunömürlü ağacları ilə zəngin olan Qızıl Hacılı kəndindən qalan isə sadəcə məhv edilmiş təbiətdir.
Böyük hissəsi hazırda Ermənistanın işğalı altı altında olan kənddə yaşayış yoxdur.
Ötən əsrin 90-cı illərində işğal zamanı Ermənistan tərəfi strateji yüksəkliklərdə mövqe tutub. Həmin mövqelərdən Qazaxın yaşayış olan digər kəndləri atəşə tutulub.
Qazaxın yeddi kəndi hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının müşahidəsi altındadır.
Burada olan postlar, müşahidə məntəqələrində xidmət gücləndirilib. İcevan -Tbilisi magistralı vizual olaraq aydın şəkildə görünür.
Ərazinin ən hündür nöqtəsi olan Odundağ zirvəsi Ermənistanın Noyemberyan rayonunu vizual müşahidəyə imkan verir.
Azərbaycan sərhədçisi burada istənilən təxribatın qarşını almağa tam hazırdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur










