Quba yolundakı qəzada yaralanan sürücünün SON DURUMU

Dekabrın 15-də Bakı-Quba yolunda baş verən dəhşətli qəzada yaralanan Elçin Atayev ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd edilib ki, dünən qəzadan sonra Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən Elçin Atayevin vəziyyəti normal olduğu üçün evə yazılıb.
Xatırladaq ki, dekabrın 15-də Bakı-Quba yolunda mikroavtobusla "TIR" toqquşub. Hadisə nəticəsində 6 nəfər - 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu, 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu, 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev həlak olub. Qəzada yaralanan "TIR"ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT











