Ramiz Mehdiyevin şirkətinin marketinq müdiri işdən çıxdı - NAZİR YÜKSƏK VƏZİFƏ VERDİ

Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan “Şərq-Qərb” ASC-nin Marketinq və yeni məhsullar şöbəsinin müdiri Rza Mirzadə vəzifəsindən ayrılıb. 2018-ci ildən bu şirkətdə çalışan R.Mirzadə bir müddət öncə işdən çıxıb.
Avtosfer.az xəbər verir ki o, bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının birində direktor vəzifəsində fəaliyyətə başlayıb. Belə ki, o, yeni vəzifəsində nazirliyin tabeliyindəki qurumların birinin əməkdaşı olaraq işğaldan azad edilmiş Cəbrayıl rayonunda fəaliyyət göstərəcək.
Qeyd edək ki, mətbuatda “Şərq-Qərb” nəşriyyat-poliqrafiya şirkətinin Prezident Administrasiyasının sabiq rəhbəri, ağır cinayətlərdə ittiham olunaraq məhkum edilən Ramiz Mehdiyevə aid olduğu bildirilir. Qeyd edilir ki, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96%-i Ramiz Mehdiyevin oğlu, hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan Teymur Mehdiyevə məxsusdur.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən isə, “Şərq-Qərb” ASC 2001-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur. Şirkətin nizamnamə kapitalı 589 880 manat təşkil edir.
Dövlət satınalmalarının vahid internet portalına nəzər yetirdikdə “Şərq-Qərb” ASC-nin milyonlarla manat dəyərində tenderlərin qalibi olduğunu görmək mümkündür. Xüsusən, şirkətin 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və tabeçiliyində olan müəssisələrlə nəhəng müqavilələr bağladığı məlum olub. Həmin vaxt AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib./Yurd.Media/
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












