Sabah qısa iş günü olacaq - RƏSMİ

Sabah ölkədə qısa iş günü rejimi tətbiq olunacaq.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əmək məcəlləsində qeyd olunan müvafiq maddə sabaha da şamil olunacaq.
Qeyd edilib ki, Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Azərbaycanda 20, 21, 22, 23, 24 mart – Novruz bayramı günləridir. Beşgünlük iş həftəsində isə 25 və 26 mart tarixləri də qeyri-iş günləri hesab edilir.
Bununla əlaqədar beşgünlük, həmçinin altıgünlük iş həftəsində 19 mart tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində (Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla) həmin iş gününün müddəti bir saat qısaldılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












