Sabahdan hava mülayimləşəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında aprelin 25-də (sabah) yağıntıların kəsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a bildirilib ki, küləyin sürəti azalacaq. Məlumatda o da bildirilib ki, temperaturda ciddi bir dəyişiklik gözlənilmir. Aprelin 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Aprelin 26-da isə əlverişli komfort hava şəraiti gözlənilir.
Bakıda və Abşeron yarımadasında aprelin 25-də arabir yağış yağacaq, gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah arabir yağış yağacaq. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
Fidan
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










