Seçkilərin vaxtı təsdiqləndi: Namizədlər bu tarixlərdə sənədləri təqdim etməlidir

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkilərini təyin edib.
Avtosfer.az xəbər verir ki, bu barədə qərar qurumun bu gün keçirilən iclasında qəbul edilib.
Mərkəzi Seçki Komissiyasının Baş Katibi Arifə Muxtarova bildirib ki, fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən namizədlər dekabrın 10-dan başlayaraq lazımi sənədləri təqdim etməlidir.
O qeyd edib ki, sənədlərin qəbulu yanvarın 8-dək davam edəcək. Arifə Muxtarovanın sözlərinə görə, təbliğat-təşviqat işləri 6 fevral 18:00-a kimi davam edəcək. Müşahidəçi kimi iştirak etmək üçün vətəndaşlar yanvarın 28-nə kimi MSK-ya müraciət etməlidir.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












