Sərnişinlər avtobusa minmək üçün kartlarına pul yükləyə bilmir - VİDEO

Paytaxtın Biləcəri qəsəbə sakinləri avtobuslara minməkdə çətinlik çəkirlər. Buna səbəb həmin ərazidə karta pul yükləmək üçün ödəmə məntəqələrinin az olmasıdır. Aidiyyatı qurumdan bildirildi ki, ərazidə araşdırma aparılacaq və ödəmə məntəqələrinin sayı artırılacaq
Sərnişinlərin əksəriyyəti avtobusa minmək üçün kartlarına pul yükləyə bilmirlər.Söhbət Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsindən gedir.
Qəsəbə sakinləri deyirlər ki, bir müddət əvvəl metronun Nərimanov stansiyasından Biləcəri qəsəbəsinə sərnişin daşıyan 202 saylı avtobuslar kart sisteminə keçib.Ancaq qəsəbədə kartlara pul yükləmək üçün aparat qıtlığı yaşanır.Xüsusən son dayanacaqda sərnişinlər kartla işləyən avtobusa minmək üçün çətinliklə üzləşirlər
Avtobus sürücüləri də sərnişinlərin karta pul yükləmək sarıdan çətinlik çəkdiklərini təsdiqləyirlər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən qəsəbənin avtobusları kart sisteminə keçəndən sonra qəsəbədə 3 yerdə karta pul yükləmək üçün ödəmə məntəqəsi yaradılıb. Yenə də həmin ərazidə qurumun əməkdaşları tərəfindən təkrar araşdırma aparılacaq. Ehtiyac olan yerlərdə aparatların quraşdırılması davam etdiriləcək
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












