Sinoptiklərdən hava xəbərdarlığı!

Bu gündən başlayaraq aprelin 25-dək ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə ediləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, bəzi yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək.
Bakıda və Abşeron yarımadasında aprelin 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, axşama doğru arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq. Abşeron yarımadasında aprelıin 24-də güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraitinin müşahidə olunması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Aprelin 26-da əlverişli, komfort hava şəraiti gözlənilir.
Azərbaycanın bölgələrində aprelin 24-də arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












