Şirkətlərin taksi sürücülərinə verilən bəxşişdən faiz tutması qanunidirmi? – AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan bəzi sürücülər çalışdıqları şirkətin sərnişinin onlara verdiyi bəxşişdən faiz tutduğunu bildirirlər. Onlayn ödəniş vaxtı proqram sərnişinə sürücü üçün müəyyən miqdarda bəxşiş qoymasını təklif edir. Bu məbləğ 50 qəpiklə 2 manat arasında dəyişir. Sürücülər həmin bəxşişin 25 faizini şirkətin özünə götürdüyünü iddia edirlər.
Maraqlıdır, sürücünün şəxsi keyfiyyəti, nəzakətli davranışına görə ona əlavə olaraq ödənilən bəxşişdən şirkət faiz tutmalıdırmı?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu, şirkətlə sürücü arasında bağlanan müqavilə ilə tənzimlənməlidir:
“Əslində, şirkətin müqavilə şərtləri olmadan, müqavilədə göstərilmədən bəxşişlərin müəyyən bir hissəsini özünə götürməsi doğru deyil. Onlarla fərdi müqavilələrin başlandığını, fərdi müqavilələrdə bunun nəzərdə tutulduğunu bilmirəm. Əgər tutulmayıbsa, şirkət birbaşa sürücülərin hüquqlarını pozur və onların ciblərinə girir. Bununla bağlı fərdi müqavilələrə baxmaqda yarar var, onların necə bağlandığını görmək lazımdır”.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












