Sumqayıtdakı “Bağça Şəhər” yaşayış kompleksində sakinlərin yuxusuna haram qatılıb - VİDEO

Sumqayıt şəhərində “Bağça Şəhər” yaşayış kompleksində yaşayanların yuxusuna haram qatılıb.
Bununla bağlı oxu.az-a şikayət daxil olub. Şikayətçi bildirib ki, kompleksin arxa hissəsində, gecə saatlarından səhər saat 07:00-a qədər tikinti işlərinin aparılması üzündən sakinlərin rahatlığı pozulub.
Sakin qeyd edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə şikayət edib, polis bölməsinə ərizə ilə müraciət ünvanlayıb.
“Mənə deyilib ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun məsələdən məlumatı var”, - deyə sakin qeyd edib.
Sakinlər müvafiq orqanlardan bu narahatlığın aradan qaldırılması üçün tədbir görülməsini xahiş ediblər.
Qeyd edək ki, sözügedən məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəlləyə əsasən, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə, yəni mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 00:00-dan 07:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, televizorları, radioqəbulediciləri və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə iki min manatdan 2 500 manatadək məbləğdə cərimə edilirlər.
Videonu təqdim edirik:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












