Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA

Son günlər taksi sürücüləri ilə sərnişinlər arasında sonu mübahisələrlə, davalarla bitən hallar artmaqdadır.
Sosial şəbəkələrdəki videolarda da sürücülərin daha çox sərnişinlərdən şikayətləri əks olunur.
Taksi sürücüləri sərnişinlər tərəfindən əsassız şəkildə ləğv edilən sifarişlərlə bağlı narazılıqların artdığını bildirirlər. Bəzi hallarda sərnişinlər sifariş etdikləri taksinin ünvana çatmağına az qalmış sifarişi ləğv edir. Bu da həm vaxt itkisinə, həm də maddi zərərə səbəb olur.
Avtosfer.az xəbər verir ki, bir sıra ölkələrdə bu cür halların qarşısını almaq üçün sərnişinlərə müəyyən ləğvetmə ödənişləri tətbiq edilir.
Bir çox hallarda bu ödəniş hətta səfər qiymətinin hamısını əhatə edə bilir. Bəs Azərbaycanda sürücülərin bu kimi hallarda hüquqları necə qorunur?
Mövzu ilə bağlı “Bolt”un mətbuat katibi Nigar Kazımova Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücü ilə sərnişin arasında hüquq və öhdəliklər qarşılıqlı şəkildə qorunmalıdır:

"Əgər sərnişin sürücünü uzun müddət gözlədirsə və ya əsassız şəkildə sifarişi ləğv edirsə, sürücünün də bununla bağlı platformaya şikayət etmək hüququ olmalıdır. Belə hallarda məsələ birtərəfli qiymətləndirilməməli, hər bir şikayət ayrıca araşdırılmalıdır.
Əgər müəyyən edilərsə ki, sərnişin heç bir əsaslı səbəb olmadan sifarişi ləğv edib və ya sürücünü vaxt itkisinə məruz qoyub, bu zaman onun hesabına münasib tədbirlər tətbiq oluna bilər.
Məsələn, reytinqinin aşağı salınması, xəbərdarlıq edilməsi və ya platformanın qaydalarına uyğun digər məhdudiyyətlərin tətbiqi mümkündür.
Bununla yanaşı, hər bir ləğvetmə halını avtomatik olaraq sərnişinin günahı kimi qiymətləndirmək düzgün olmaz. Əvvəlcə sifarişin hansı səbəbdən ləğv edildiyi araşdırılmalı, obyektiv qiymətləndirmə aparılmalıdır.
Məqsəd həm sürücülərin, həm də sərnişinlərin hüquqlarını balanslı şəkildə qorumaq və platformada ədalətli yanaşmanı təmin etməkdir".
Nəqliyyat eksperti Eldəniz Cəfərlinin fikrincə, son anda sifarişin ləğv edilməsi taksi sürücülərinin ən çox üzləşdiyi problemlərdəndir:

"Sürücü sifarişi qəbul etdikdən sonra həmin müştəri üçün vaxt ayırır, göstərilən ünvana doğru hərəkət edir və bu zaman yanacaq sərf edir.
Lakin sərnişin heç bir əsaslı səbəb olmadan, sürücü ünvana çatmağa az qalmış sifarişi ləğv etdikdə, bu, sürücünün həm vaxt itkisinə, həm də birbaşa maddi zərərə məruz qalmasına səbəb olur. Şirkətlər bu məsələ ilə bağlı dəqiq araşdırmalar apararaq konkret addımlar atmalıdır".
Fatimə
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










