Tarixə düşəcək dəhşətli istilər – Beləsi olmayıb

Bu ayın meteoroloji müşahidələr tarixinə “ən isti sentyabr” kimi düşəcəyi gözlənilir.
Avtosfer.az globalinfo.az-a istinadən xəbər verir ki, dünyanın müxtəlif hava proqnozları qurumlarının məlumatına görə, sentyabrın ilk 12 günündə qlobal orta hava temperaturu 16,58 dərəcə Selsiyə çatıb. Bu göstərici 2023-cü ilin sentyabrında qeydə alınmış əvvəlki rekordu geridə qoyub.
Yaponiyanın JRA-3Q qurumu da bildirib ki, sentyabrın ilk 12 günündə qlobal orta temperatur 16,58 dərəcə olub.
Qeyd olunur ki, 2023-cü ilin sentyabrında da iqlimə El-Nino hadisəsi təsir edib. 2026-cı ildə isə El-Nino daha güclü olub.
Mövcud göstəricilər nəzərə alınmaqla, 2026-cı ilin sentyabrının bütün müşahidələr tarixində ən isti sentyabr olması ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, 2026-cı ilin avqust ayı da qlobal miqyasda rekord istiliklə yadda qalıb. “Copernicus”un məlumatına görə, həmin ayın qlobal orta səth hava temperaturu 16,96 dərəcə Selsi olub və avqust ayları arasında ən yüksək göstərici qeydə alınıb.
Məlumat üçün bildirək ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












