Tomskda taxta ev yandı: 11 nəfər həlak oldu - FOTO
Gündəm
21 Yanvar 2020 10:51

Yanğının elektrik avadanlıqlarından yaranan qısa-qapanmadan, xüsusən də qızdırıcı cihazdan baş verə biləcəyi ehtimal edilir
Rusiyanın Tomsk əyalətində taxta evdə baş verən yanğın nəticəsində 11 nəfər həlak olub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 21-də gecə saatlarında Priçumlımsk rayonunda qeydə alınıb.
Bildirilir ki, bir mərtəbəli taxta evin yanması ilə bağlı məlumat yanğınsöndürmə bölmələrinə gecə saat 00:10 radələrində daxil olub. Yanğının sahəsi 208 kv. metr təşkil edib. Yanğın zamanı evin dam örtüyü çöküb.
Nəticədə 10-u Özbəkistan vətəndaşı, biri yerli qadın sakin dünyasını dəyişib, daha 2-si isə qaçaraq xilas ola biliblər.
Yanğının elektrik avadanlıqlarından yaranan qısa-qapanmadan, xüsusən də qızdırıcı cihazdan baş verə biləcəyi ehtimal edilir.
Hazırda müvafiq qurumlar hadisənin baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
Oxunub : 1244
DİGƏR XƏBƏRLƏR
3 Oktyabr 2026 15:45
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
3 Oktyabr 2026 14:00
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
3 Oktyabr 2026 11:24
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
2 Oktyabr 2026 20:13
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
2 Oktyabr 2026 20:05
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
2 Oktyabr 2026 20:00
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
2 Oktyabr 2026 18:40
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
2 Oktyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
2 Oktyabr 2026 15:41
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
2 Oktyabr 2026 14:41
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
2 Oktyabr 2026 09:30
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
1 Oktyabr 2026 21:30
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
ŞƏRH YAZ












