Toyu yasa çevirənlərin sayı niyə artır? – VİDEO

Həm özlərinə, həm ətrafdakılara problem yaradır, faciəyə yol açırlar. Söhbət toy karvanında avtoşluq edən sürücülərdən gedir. Bu dəfə Türkiyədə sosial şəbəkələrə düşən bir görüntü böyük səs-küyə səbəb olub. Avtoşlar bəy və gəlini yolun ortasına çıxararaq onların ətrafında dövrə vurmağa başlayıblar. Avtosfer.az xəbər verir ki, toy karvanları müjdəyə deyil, qara xəbər mənbəyinə çevrilib. Son zamanlar bu karvanlara qoşulan avtomobillərin qəzaya uğramasına dair xəbərlər çoxalıb. Lakin bütün bunlara baxmayaraq, toy karvanlarının iştirakçısı olan sürücülərin xuliqanlığının qarşısını almaq mümkün olmur. Avtoşlar öz yaradıcılıqlarını hər ötən gün daha da zənginləşdirirlər. Bu dəfə görənləri dəhşətə gətirən hadisə Türkiyədə lentə alınıb. Bəy və gəlini əyləndirmək istəyən sürücülər təhlükəli şouya imza atıblar. İlk olaraq özünü və maşınını göstərmək istəyən sürücülərdən biri avtomobillərin qarşısına çıxararaq təhlükəli manevrlər yerinə yetirir. Daha sonra yolun ortasına bəy və gəlin çıxır, toy karvanında olan avtomobillər isə onların ətrafında yüksək sürətlə dövrə vurmağa başlayırlar. Hər kəs halından xeyli məmnun görünsə də, ani bir diqqətsizliyin nə ilə yekunlaşacağını təsəvvür belə etməkdə çətinlik çəkirlər. Qeyd edək ki, itkisiz ötüşən hadisənin görüntüləri sosial şəbəkələrə düşdükdən sonra geniş müzakirələrə səbəb olub və hər kəs tərəfindən qəzəblə qarşılanıb.
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
WUF13 ilə əlaqədar sərnişinlərə MÜRACİƏT
Bakının 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
AYNA-dan taksi sürücülərinə şad XƏBƏR - Bu qərar onlara aid deyil
Salyan–Şirvan yolundakı təhlükə aradan qaldırıldı - AAYDA-dan AÇIQLAMA - FOTO + VİDEO
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
İranda müharibə yenidən başlaya bilər – Politoloq səbəbini AÇIQLADI
Yanacaq bahalaşır, yollarda sürət aşağı düşür
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır










