Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq - Əhaliyə ŞAD XƏBƏR

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq. Milli Məclisdə bununla bağlı sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq.
Bəs, ikiqat vergitutmanın aradan qaldırılmasının əhəmiyyəti nə olacaq?
İqtisadçı Eyyub Kərimli bildirib ki, ikiqat vergitutmanın aradan qaldırılması Türkiyədən idxal olunan məhsulların ucuzlaşmasına səbəb olacaq: “Bu dəyişiklik, həmçinin Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrinin daha da genişlənməsinə və şaxələndirilməsinə imkan verəcək. Digər tərəfdən bizim məhsulların Türkiyə bazarında rəqabət qabiliyyətini artıracaq”.
Qeyd edək ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2023-cü ildə Türkiyə Azərbaycana ən çox idxalın həyata keçirildiyi üç ölkədən biri olub.
Daha ətraflı Baku TV-nin süjetində:
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












