Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin (QBR) ləğvi mərkəzinə zərbə endirib.
Avtosfer.az "Defense Express"ə istinadən xəbər verir ki, USQ-nin Baş Qərargahının məlumatına əsasən, müəssisədən partlayıcı maddələrin və raket yanacağının komponentlərinin istehsalı üçün istifadə olunurdu.
Mərkəz 1991-ci ildə 32193 saylı hərbi hissənin bazasında yaradılıb. Əvvəlcə strateji hücum silahlarının ixtisarına dair müqavilələr çərçivəsində sovet istehsalı olan qitələrarası raketlərin utilizasiyası ilə məşğul olub. Ümumilikdə, obyektdə R-36 və UR-100N UTTX tipli 448 raket məhv edilib.
Sonralar müəssisə R-36M "Voyevoda" raketlərinə texniki xidmət göstərilməsini və onların "Dnepr" daşıyıcı raketlərinə çevrilməsini də təmin edib.
Nəşrin məlumatına görə, "Dnepr" proqramı 2015-ci ildə dayandırıldıqdan sonra mərkəz Rusiyanın kosmik proqramları üçün maye raket yanacağının komponentlərinin tədarükünə davam edib.
Zərbə nəticəsində obyektə dəyən ziyanın miqyası hələlik məlum deyil.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












