Ukrayna Rusiyada “Yandex”in data mərkəzinə PUA zərbəsi endirib

Ukrayna Rusiyada “Yandex” şirkətinin üçüncü data mərkəzinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, Rusiyadakı istifadəçilər “Yandex” xidmətlərinin fəaliyyətində yaranan fasilələrdən şikayətlənirlər.
Şirkət Vladimir vilayətində yerləşən data mərkəzinin infrastrukturunun zədələndiyini və fəaliyyətinin tamamilə dayandırıldığını bildirib.
Məlumata görə, PUA hücumundan sonra “Yandex”in bəzi xidmətləri əlçatmaz olub. Rusiyanın bir sıra regionlarında, o cümlədən Sibirdə “Yandex Go”, “Yandex Pay”, “Yandex Yeda”, “Yandex Pro”, “Alisa” və digər xidmətlərin fəaliyyətində fasilələr yaranıb.
Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyevin sözlərinə görə, hücum nəticəsində 5 min sakini elektrik enerjisi ilə təmin edən iki yarımstansiya da sıradan çıxıb.
Qubernator elektrik təchizatının 80 faizinin, istilik və su təchizatının isə tam bərpa olunduğunu bildirib.
Ukrayna Soçiyə də PUA zərbəsi endirib. Krasnodar diyarının operativ qərargahı PUA qalıqlarının hava limanının ərazisinə düşdüyünü açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl də Ukrayna tərəfindən “Yandex”in Ryazan və Kaluqa vilayətlərində yerləşən data mərkəzlərinə PUA zərbələri endirildiyi bildirilmişdi.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












