Velosipedçinin piyadanı vurması velosığortanı gündəmə gətirib - VİDEO

Səkidə avtomobilə doğru gedən piyadanı velosipedçi vurub.
Kadrlar ərazidə olan müşahidə kameralarına düşüb. Çörək zavodlarından birinə məxsus avtomobilin sürücüsü mağazaya zəruri ərzağı verib geri qayıdarkən velsipedlə toqquşub. Zərbənin təsirindən hər iki şəxs yıxılıb.
Görüntülərdən aydın olur ki, piyada xəsarət alıb. O hadisədən sonra ayağa qalxa bilmir.
Velosipedlərin isə icbari sığortası yoxdur. Əgər hadisə vaxtı piyada ağır xəsarət alarsa onun müalicə xəsrclərini kim qarşılayacaqdı?
Yəni, baş vermiş hadisə velosipedlərin də sığorta məsələsini gündəmə gətirir.
Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov bildirir ki, paytaxda velosiped və skuterlər üçün xüsusi zolaqlar salınır və bu tip nəqliyyata maraq artır. Bu məqsədlə dünya təcrübəsində geniş yayılan velosiped sığortası bizdə də tətbiq edilməlidir.
Daha ətraflı videomaterialda.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












