Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edib

Azərbaycanın Daxili İşlər naziri, general-polvovnik Vilayət Eyvazov bu gün Xaçmazda şimal bölgəsi vətəndaşlarını qəbul edib.
Avtosfer.az xəbər verir ki, qəbulda Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan sakinlər iştirak edib.
Vətəndaşları diqqətlə dinləyən nazir səslənən hər şikayət barədə yerindəcə aiddiyyatı məsul şəxslərə tapşırıqlarını verib. Əhalini ən çox narahat edən suallara aydınlıq gətirilib.
Qəbul zamanı Quba şəhər sakini Rəşad Talıbov azyaşlı oğlunu avtomobil sürdüyünə görə polislər tərəfindən döyülməsini sübut edən diskləri də Vilayət Eyvazova təqdim edib. Nazir məsələnin ədalətli şəkildə araşdırılacağını bildirib.
Öz növbəsində Eyvazov vətəndaşa bildirib ki, azyaşlının avtomobil idarə etməsi yolverilməzdir, valideyndən belə həsas məslələrə diqqətli olmağı tövsiyyə edib. Vətəndaş Talıbovsa təşəkkürünü bildirərək deyib ki, o, məsuliyyətli birisidir, Qubada narkotikdən istifadə edən 12 nəfər barədə polisə məlumat verib. Belə halların gələcəyimizi zəhərləməsin deyə əlindən gələni edir.
Vilayət Eyvazov buna görə Rəşad Talıbova təşəkkür edərək narkotiklə mübarizənin tək polisin deyil, bütün cəmiyyətin borcu olduğunu qeyd edib.
Daxili İşlər nazirinin vətəndaşlarla keçirdiyi qəbulda iştirak edən Bizim.Media-nın Şimal bürosunun əməkdaşı Aytəkin Alxaslı da bəzi fikirlərini çatdırıb.
Jurnalistlərin peşə fəaliyyəti ilə bağlı bəzi çətinliklərdən danışıb, eyni zamanda birgə əməkdaşlığın faydalarını qeyd edib. Nazir Vilayət Eyvazov bütün səslənilən fikriləri dinləyərək lazımi instansiyalara öz tapşırıqlarını verib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












