VPN-dən istifadə edənlərin DİQQƏTİNƏ!

VPN-dən istifadə bir çox hallarda insanların işinə yarasa da, təhlükəsizlik baxımından mübahisəli məsələ olaraq qalır. Belə ki, bəzi VPN xidmətləri internetdə məxfiliyin qorunması və şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradır.
VPN-dən istifadə zamanı bank kartı məlumatları risk altına düşə bilərmi? Bu xidmətlərdən istifadə edərkən hansı təhlükələrə diqqət yetirmək lazımdır?
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev açıqlamasında bildirib ki, VPN-dən istifadə zamanı bank kartı məlumatlarının risk altına düşməsi mümkündür. Lakin bu, birbaşa VPN-in özündən deyil, daha çox istifadə edilən xidmətin növündən və istifadə qaydasından asılıdır:
![]()
"VPN istifadə edərkən bank məlumatları müəyyən şərtlərdə risk altına düşə bilər. Əgər siz pulsuz və ya etibarsız, şübhəli VPN xidmətindən istifadə edirsinizsə, bu, bank məlumatlarınızın oğurlanmasına səbəb ola bilər. Şübhəli VPN provayderləri internet trafikinizi izləyə və ötürülən məlumatları ələ keçirə bilər. Əgər daxil olduğunuz sayt və ya tətbiq HTTPS protokolu ilə kifayət qədər güclü şifrələnməyibsə, kart məlumatlarınız provayder tərəfindən oxuna bilər. Pulsuz VPN-lərin çoxu internet davranışınızdan, daxil olduğunuz saytlardan və şəxsi profilinizdən qazanc əldə edir. Bu məlumatlar reklam şirkətlərinə və ya kibercinayətkarlara satıla bilər. Bəzi saxta VPN tətbiqləri isə cihazınıza casus proqramlar və ya klaviatura hərəkətlərini qeydə alan proqramlar yerləşdirərək bank tətbiqlərinə daxil etdiyiniz şifrələri və kart nömrələrini birbaşa oğurlaya bilər".
Mütəxəssis qeyd edib ki, VPN istifadə edərkən təhlükəsizliyi qorumaq üçün provayderin "no-logs" siyasətinə malik olduğundan və bu siyasətin müstəqil auditlərlə təsdiqləndiyindən əmin olmaq lazımdır:
"Əgər provayder sizin fəaliyyətinizi qeydə alırsa, məlumatlarınızın təhlükəsizliyi risk altında qala bilər. VPN-in AES-256 kimi güclü şifrələmə standartlarından istifadə etdiyini yoxlayın. Pulsuz VPN-lərdən uzaq durmaq da vacibdir. "Məxfiliyi qoruyuruq" deyən, lakin aydın gəlir modelinə malik olmayan xidmətlər çox vaxt sizin məlumatlarınızdan qazanc əldə edir. VPN istifadə etsəniz belə, daxil olduğunuz saytların ünvan sətrində HTTPS bağlantısının olduğuna diqqət yetirin. VPN internet trafikinizi cihazınızla VPN serveri arasında şifrələyir, HTTPS isə brauzerinizlə sayt arasındakı bağlantını şifrələyir. Hər ikisinin istifadəsi təhlükəsizliyi artırır. VPN tətbiqini yalnız rəsmi mağazalardan (App Store, Google Play) yükləmək də vacibdir. Üçüncü tərəf saytlardan yüklənən APK və ya EXE faylları cihazınıza ciddi zərər verə bilər. Bank əməliyyatları zamanı ən təhlükəsiz yanaşma etibarlı VPN xidmətlərindən istifadə etmək və ya mümkün qədər ictimai Wi-Fi şəbəkələrinə qoşulduqda bank tətbiqlərini açmaqdan çəkinməkdir"./demokrat.az
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












