Xanım sürücüyə yardım edən Faiq Rəhimov o anları belə xatırlayır - VİDEO

Sükan arxasında huşunu itirən xanım sürücüyə yardım edən Faiq Rəhimov o anları belə xatırlayır
Öndəki avtomobilin idarə edilməsi şübhə doğurur. Ötməyə çalışdıqda isə həmin nəqliyyat vasitəsinin sürücüsünün huşunu itirdiyini görür. Faiq Rəhimov dərhal idarə etdiyi avtomobillə həmin nəqliyyat vasitəsinin önünə keçir və onu dayandırmağa nail olur. Arxadakı minik avtomobili bu zaman hətta öndəki maşına toxunaraq dayanır.
Görüntülər paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb. Faiq Rəhimov həyatını təhlükəyə ataraq idarə etdiyi avtomobillə digər nəqliyyat vasitəsini dayandırıb və sükan arxasında huşunu itirən xanım sürücüyə yardım edib.
Sürücü Faiq Rəhimov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunub və göstərdiyi köməyə görə ona təşəkkür edilib. Həmçinin araşdırma zamanı Faiq Rəhimovun il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən olunub və nümunəvi sürücü kimi ona mükafat təqdim edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












