Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO

Xarici vətəndaşların Azərbaycanda avtomobil və digər əmlak növlərini əldə etməsi zamanı müəyyən hüquqi məhdudiyyətlər mövcuddur. Xüsusilə daşınmaz əmlak və torpaq sahələri ilə bağlı qanunvericilikdə fərqli tələblər nəzərdə tutulur. Məsələn, əcnəbilər Azərbaycanda torpaq sahələrini, bir qayda olaraq, mülkiyyət deyil, icarə hüququ ilə əldə edə bilərlər.
Avtosfer.az xəbər verir ki, bəzi hallarda xarici vətəndaşların əmlakı Azərbaycanda yaşayan tanışlarının vasitəsilə, o cümlədən bağışlama müqaviləsi yolu ilə əldə etməsi məsələsi də gündəmə gəlir. Qanunvericilik daşınar əmlakın, o cümlədən avtomobilin bağışlanmasına imkan verir, daşınmaz əmlak üzrə isə xüsusi rəsmiləşdirmə və dövlət qeydiyyatı tələbləri mövcuddur. Bəs xarici vətəndaşın Azərbaycan vətəndaşının vasitəsilə bağışlama yolu ilə əmlak əldə etməsi hansı hallarda qanuni sayılır?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda əcnəbi vətəndaşların avtomobil alması, avtomobil əldə etməsi, ümumiyyətlə, daşınmaz əmlak, əşyalar və digər əmlak əldə etməsində maneə yoxdur:

"Bununla bağlı hər hansı bir problem də mövcud deyil. Ümumi əsaslarla vətəndaşlar normal şərtlər altında ödənişlərini edirlər və avtomobilləri alırlar. Sadəcə olaraq, rəsmiləşdirilmə məsələsində əcnəbi vətəndaşlara 18 faiz ƏDV-nin geri qaytarılması məsələsi var və ciddi bir problem olur. Həmin məsələyə görə bəzi hallarda dövlət qurumlarında sıxıntı yaşana bilər. Eyni zamanda bildirmək istəyirəm ki, daşınmaz əmlaklardan hər hansı bir binanın, mənzilin alınmasında heç bir problem yoxdur. Yalnız həmin daşınmaz əmlakın altında olan torpaq sahəsinin əcnəbi vətəndaşlara satılması qanunvericiliklə qadağandır. Ona görə də xarici vətəndaşlar həmin torpağı ya istifadəyə icarə formasında, yaxud da müvəqqəti istifadəyə qəbul edə bilərlər".
Fatimə
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












