Xətai rayonunda keçilməz küçə - FOTO

Bakının Xətai rayonunda Elvin Şükürlü küçəsinin bir hissəsi və Əhmədli kəndinin Babək prospekti tərəfdən girişi keçilməz vəziyyətdədir.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sakinlər sosial şəbəkələrdə paylaşım ediblər.
Paylaşımda qeyd olunur ki, neçə ildir Xətai rayonunun Elvin Şükürlü küçəsinin Polad Həşimov küçəsi ilə kəsişməsinin bir hissəsi asfaltlansa da, qalan hissədə heç bir təmir işləri görülmür.
Problemlə bağlı müraciət edən sakinlərə isə gah “yaxın vaxtlarda”, gah da “ilin sonuna qədər” küçənin tam abadlaşdırılacağı vəd olunur.
Xətai rayonu ərazisində daha bir keçilməz küçə Əhmədli kəndinin Babək prospekti tərəfdən girişidir. “Həm asfalt problemi, həm də qarajların qarşısında təmir üçün saxlanılan avtomobillər gediş-gəlişə çətinlik yaradır”, - deyə paylaşımda bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, təmsil etdiyi qurumun balansında belə yollar yoxdur.
Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, təəssüf ki, heç bir cavab ala bilmədik.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












