Xətaidə velosiped zolağını parkinqə çevirən sürücülər - VİDEO

Son dövrlərdə paytaxtın bəzi ərazilərində taxsilərin istirahət edə bilmələri üçün üz tutduqları məkanlar yol kənarlarında quraşdırılan qəzet fəaliyyəti üçün nəzərdə tutulan köşklərdir.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal və və Xətai rayonlarında taksi sürücülərini kütləvi cəlb edən çayxana tipli “Kiosk”ların qarşısında vaxtaşırı müəyyən xaotik vəziyyət müşahidə olunur. Bu da hərəkətin digər iştirakçılarına maneələr yaradır.
Belə ki, sosial şəbəkədə Xətai rayonu Xəqani Rüstəmov küçəsində yenicə salınan velosiped zolağının həndəvərində bu tip “Kiosk” var və sürücülər günün bütün saatlarında köşkün qarşısındakı yolu zəbt etmələrinin görüntüləri yayılıb. Velosiped zolağını belə özəlləşdirməkdən çəkinməyən 77-PL- 933, 77-YX-339 və 77-PJ-283 qeydiyyat nişanlı “Chevrolet”, 77-SL-489 və 77-UX-867 qeydiyyat nişanlı “BYD” avtomobilləri, eləcə də 77-QD-805 “Changan”, 77-RP-271 nömrəli “Hyundai” və 77-LQ-438 “Ford” markalı nəqliyyat vasitələri ərazidəki nəzarət kameralarının olmamasından sui-istifadə edərək ya velosiped zolağını zəbt edib, ya da nəqliyyat vasitələrini 2-ci zolaqda saxlamalaqla qaydaları kobud şəkildə pozublar.
Qeyd edək ki, qaydaları bu cür pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında 2-ci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 manat və əlavə olaraq 2 balla cərimələnir. Velosiped zolağını zəbt edənlər isə məcəllənin 346.7-ci maddəsinin tələblərinə əsasən 100 manat və əlavə olaraq 2 balla cəzalandırılırlar.
Səfər
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ












