Yasamalda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTO

Daxil olan vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakının Yasamal rayonu, Zərdabi küçəsi, 90 A ünvanında fəaliyyət göstərən “Xan Çinar” kafesində plandankənar yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.
İctimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, manqal sahəsinin yol kənarında, açıq hava şəraitində təşkil edildiyi, pəncərələrin qoruyucu tor örtüklə təmin olunmadığı aşkarlanıb. Eyni zamanda mətbəx sahəsində havalandırma sistemlərinin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi və xüsusi geyim forması ilə təmin olunmadığı məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati protokol tərtib olunub. İctimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, çalışan işçilərin tibbi müayinədən keçənədək işdən kənarlaşdırılması barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul olunub.



Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










