Yol polisindən sürücülərə xəbərdarlıq

Bu gün və sabah (iyunun 21-də) Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Avtosfer.az-ın məlumatına görə, “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində keçiriləcək velosiped yarışları ilə əlaqədar paytaxtın Üzeyir Hacıbəyov, Rixard Zorge, Rəşid Behbudov, Zərifə Əliyeva, Əziz Əliyev, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Landau, Abbasqulu Ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli küçələrində, habelə Bülbül, Neftçilər, İstiqlaliyyət, Parlament, İnşaatçılar və Hüseyn Cavid prospektlərində bu gün saat 05:30-dan 21:00-dək və iyunun 21-də saat 03:30-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, həmin küçə və prospektlərin bəzilərində nəqliyyatın hərəkəti yalnız birtərəfli istiqamətdə mümkün olacaq. Hüseyn Cavid prospektindən Parlament prospekti, İnşaatçılar prospektindən Hüseyn Cavid prospektinə, Abbasqulu Ağa Bakıxanov küçəsindən İnşaatçılar prospektindən Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsinədək və Neftçilər prospektindən Nobel prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilməyəcək.
Bununla yanaşı, yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün nəqliyyat vasitələri Şıxəli Qurbanov, Zivərbəy Əhmədbəyov küçələrindən keçməklə Tbilisi prospektinə, oradan isə istənilən istiqamətə hərəkət edə bilərlər.
Emin
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA










