General Abbasəli Novruzov vəfat etdi - YENİLƏNİB

Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı başağlığı verib.
Avtosfer.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib:
"Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş, istefada olan general-mayor Abbasəli Ramazan oğlu Novruzovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir".
***13:00
Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Abbasəli Novruzov bu gün səhər 89 yaşında dünyasını dəyişib.
General sabah dəfn olunacaq. Onun Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacağı bildirilir.
Qeyd edək ki, Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda doğulub. Uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












