Yol qəzasında 16 nəfər öldü - DƏHŞƏT

Qazaxıstanın Jambıl vilayətinin Moyinkum rayonunda, Almatı-Yekaterinburq avtomobil yolunun 487-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın “RIA-Novosti”yə istinadən verdiyi məlumata görə, nəqliyyat vasitələrinin toqquşması nəticəsində avtomobillər yanıb və nəticədə 14 Qırğızıstan vətəndaşı və 1 Qazaxıstan vətəndaşı olduğu ehtimal edilən şəxs, ümumilikdə 15 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirlənlərdən biri orada dünyasını dəyişib. Hadisə “Qazel-2705” markalı yük avtomobili ilə “Mercedes-Benz Sprinter” markalı mikroavtobusun toqquşması nəticəsində baş verib. Sərnişin avtobusu Bişkekdən Qazaxıstana gedirmiş və içərisində 19 sərnişin olub. Hadisə nəticəsində nəqliyyat vasitələri yanıb və hadisə yerində 14 yanmış meyit aşkar edilib. Onlar 3-ü uşaq olmaqla, 13 nəfər sərnişin və “Qazel” markalı avtomobilin sürücüsüdür. Məlumata əsasən daha bir sərnişin xəstəxanada kəllə-beyin travması səbəbindən həyatını itirib.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyində hadisə ilə bağlı ”qaynar xətt ”açılıb.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












