Yollarda təmir bitdi - Sürücülərə xəbər - FOTO

Paytaxtda təmirdən sonra daha iki küçə sürücülərin ixtiyarına verilir. Ceyhun Hacıbəyli və Şəmsi Rəhimov küçələrində artıq son tamamlanma işləri həyata keçirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Ceyhun Hacıbəyli küçəsinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə səki daşları yenilənib, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib. Bundan əlavə, küçənin Həsən Əliyev küçəsi ilə kəsişməsində mövcud olan dairə yenilənib. Şəmsi Rəhimov küçəsinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində də köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə səki daşları yenilənib, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib.
Bu gün hər iki küçədə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçiriləcək. İşlər bitəndən sonra küçələr tam olaraq sürücülərin ixtiyarına veriləcək.
Qeyd edək ki, hər iki küçənin uzunluğu 550 metr, eni isə 9,5 metrdir.
Fidan
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
















