Yollardakı baryerlərə ziyan vuranlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Avtosfer.az xəbər verir ki, bunu Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib.
O qeyd edib ki, Agentlik tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 6.5 kilometr məsafəni əhatə edən davamlı mikromobillik zolağı təşkil edilib və zolaq boyunca təhlükəsizlik sədləri quraşdırılıb.
“Müxtəlif zamanlarda bəzi şəxslər tərəfindən məqsədli şəkildə bu sədlər yol səthindən qopardılaraq kənara atılır. Müşahidələr onu deməyə əsas verir ki, bu hüquqazidd əməllər obyektlərin qarşısında avtomobillərini saxlamaq istəyənlər, xüsusən axşam saatlarında velosiped zolağında parklanma zonaları yaradaraq qanunsuz ödəniş alanlar, bəzi hallarda isə ərazidə yaşayan sakinlər tərəfindən törədilir. Dövlət əmlakına ziyan vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət də olunub. Qeyd edək ki, qoparılaraq kənara atılan sədlər zədəyə davamlı materialdan hazırlandığından təkrarən yerlərinə bərkidilir” - deyə T.Orucov bildirib.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












