Yuxarı Lars yenidən yük maşınlarının keçidi üçün bağlanıb - YENİLƏNİB

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu yenidən yük maşınları üçün bağlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb. Bildirilib ki, qar və çovğun səbəbilə beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepansminda-Lars yolunun Qudauri-Kobi seksiyasında qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Digər növ nəqliyyat vasitələrinin hərəkətinə isə icazə verilir.
***
10:08
Gürcüstanla Rusiya arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsi yenidən yük maşınlarının keçidi üçün bağlanıb.
Apa xəbər verir ki, bu barədə Rusiya FHN-in Şimali Osetiya üzrə departamenti məlumat yayıb.
Bildirilib ki, sərhəd-keçid məntəqəsinin fəaliyyəti əlverişsiz hava şəraiti ilə əlaqədar müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, Aşağı Lars kəndi və Yuxarı Lars məntəqəsindən keçən yol Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












