Zelenski: Rusiyanın hücumu nəticəsində Buçada 38 nəfər ölüb, 4 insan itkin düşüb

Ukraynanın Kiyev vilayətinin Buça rayonuna Rusiya hərbçiləri tərəfindən genişmiqyaslı hücumun fəsadlarının aradan qaldırılması davam edir.
Avtosfer.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində 38 nəfər ölüb, aralarında iki uşaq olmaqla, 20 nəfər yaralanıb, daha 4 nəfər itkin düşüb.
"Buça rayonunun Mila kəndində Rusiyanın hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam edir. Xilasedicilər yanğınların əksəriyyətini söndürüblər. Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları hadisə yerində gecə-gündüz işləyir, partlayış təhlükəsi olan predmetləri müəyyən edir və zərərsizləşdirirlər. Ərazidə çirklənmənin miqyası əhəmiyyətlidir və bu iş davam edəcək...", - paylaşımda bildirilir.
Ukrayna liderinin sözlərinə görə, Rusiya qoşunları mülki infrastruktura reaktiv dronlarla hücumu davam etdirir.
"Ümumilikdə, təkcə bu həftə Rusiya Silahlı Qüvvələri (Ukrayna ərazisinə - red.) təxminən 2 000 hücum dronunu, 1 600-dən çox hava bombası və Şimali Koreyanın ballistik raketləri də daxil olmaqla, müxtəlif tipli 31 raket atıb. Zərbələr cəbhə xətti və sərhəd icmalarına - Nikopol, Kramatorsk, Xerson və Xarkov, Zaporojye, Dnepr, Donetsk və Sumı bölgələrindəki icmalara faktiki olaraq gecə-gündüz həyata keçirilir", - o, aydınlıq gətirib.
Zelenski həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisinə hər bir zərbəsinə cavab verəcək. (Report)
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












