Zəngilan aeroportuna aparan yolun tikintisi nə zaman başa çatdırılacaq?

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun Zəngilan beynəlxalq hava limanına qədər olan hissəsi tamamlanmaq üzrədir.
Bunu ”Report”a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin idarə heyətinin sədr müavini Akif Aygen bildirib.
“Böyük ehtimalla yol bu ilin sonuna qədər hazır olacaq. Hazırda yol üzərindəki üç tuneldə betonlaşdırma işləri aparılır”, - deyə o qeyd edib.
Strateji əhəmiyyətə malik Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Yolun uzunluğu 124 kilometrdir. Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 kilometrlik hissəsinin 3 gediş - 3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsinin isə 2 gediş - 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












