Ziya Məmmədovdan daha bir kadr dəyişikliyi

Nəqliyyat naziri Ziya Məmmədov daha bir kadr dəyişikliyi edib. Lent.az-ın əldə etdiyi məlumata görə, nazirliyin ”Bakı Sərnişin Nəqliyyatı" MMC-nin (Bakı Nəqliyyat İdarəsi) rəisi Rövşən Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Elmixan Hacıyev təyin olunub. Yeni rəisin bundan öncə Daxili Qoşunlarda xidmət etdiyi bildirilir. İdarədən məlumatı təsdiqləyiblər.
İdarənin əsas vəzifəsi və fəaliyyətinin istiqaməti Bakı şəhərində sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi və şəhər sərnişin (avtobus və taksilərlə) daşımaları sahəsində Nəqliyyat Nazirliyi tərəfindən formalaşdırılan vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə tədbirlər görməkdir. Bundan başqa, adıçəkilən qurum tabeliyində olan nəqliyyat müəssisələrinin səmərəli və fasiləsiz işləməsini təmin etmək, onların idarə olunmasını həyata keçirmək, müqavilə əsasında müvafiq ərazidə fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri əhaliyə nəqliyyat xidmətləri göstərilməsinə cəlb etmək, şəhər nəqliyyatının inkişafına yönəldilmiş proqramların hazırlanması və onların yerinə yetirilməsini təmin etməkdir.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












