Banner

Lənkəranda DƏLƏDUZLUQ: Külli miqdarda vəsaiti ələ keçirdi - FOTO

Hadisə 29 Sentyabr 2026 11:03
Lənkəranda DƏLƏDUZLUQ:  Külli miqdarda vəsaiti ələ keçirdi - FOTO
WhatsApp kanalımıza abunə olun

Lənkəranda dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirməkdə şübhəli bilinən H.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, H.Məmmədov zərərçəkmişlərə özünü müxtəlif qurumlarlarda tanışları olan şəxs kimi təqdim edərək təqaüd düzəltmək, yüksək maaşlı işlə təmin olunma və digər yalan vədlər verib. Bu yolla o, vətəndaşların ümumilikdə 150 min manatdan artıq pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, H.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Oxunub : 160
ŞƏRH YAZ
Ad

E-mail

Şərh