Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH

Azərbaycanın BMT-dəki nümayəndəsinin zalı tərk etməməsi Türkiyənin bəzi sosial media seqmentlərində müzakirələrə və sərt reaksiyalara səbəb olub. Məsələ iki ölkə arasında ictimai müstəvidə narazılıqların yaranmaması baxımından da diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı yaranan narazılıqların iki ölkə arasındakı münasibətlərə təsir etməməsi üçün qarşılıqlı anlaşmanın qorunması vacibdir.
Bəs Azərbaycan və Türkiyə bu məsələdə hansı addımları atmalıdır?
Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanın milli maraqları var:

''Türkiyə və Azərbaycan bir coğrafiyada yerləşsələr də, fərqli dövlətlərdir. Təbii ki, onlar qardaş dövlətlərdir və Azərbaycan-Türkiyə maraqların toqquşduğu sahələrdə bir-birinə zidd addımlar atmaz. Amma Türkiyə də Azərbaycanın maraqlarını qəbul etməli, başa düşməli və buna hörmətlə yanaşmalıdır. Sadəcə, Türkiyədə çox böyük bir qara təbliğat qrupu var və bu, artıq narahatlıq doğuran faktordur. Ən azından dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Anım Günü münasibətilə başsağlığı verməsi və Türkiyə-Azərbaycan arasında böyük qardaşlıq və əməkdaşlığın möhkəmlənməsi, ortaq dəyərlərimizin formalaşması baxımından əhəmiyyətlidir. Vətən müharibəsi də bu ortaq dəyərlərdən birinə çevrilib. Bu baxımdan, bunlar Türkiyənin də diqqətdən kənarda qoymayacağı məsələlər olmalıdır. Türkiyə dövləti öz daxilində fəaliyyət göstərən, müxtəlif xarici təsirlərlə əlaqələndirilən qrupların fəaliyyətinə imkan verməməlidir. Çünki bu cür fəaliyyətlər müəyyən ictimai rəy formalaşdırmağa çalışır və nəticə etibarilə Azərbaycanla Türkiyənin münasibətlərinə xələl gətirməyə hesablanır''.
Fatimə
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












