Banner

Ağstafada kafedə qardaşlar dava saldılar: Qan töküldü

Hadisə 5 Oktyabr 2026 10:23
Ağstafada kafedə qardaşlar dava saldılar: Qan töküldü
WhatsApp kanalımıza abunə olun

Ağstafa rayonunda iki qardaşın xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı hər iki qardaş sərxoş olub. Qazax rayonundan olan 2003-cü il təvəllüdlü Nicat Vəliyev və qardaşı 2005-ci il təvəllüdlü Xəyal Vəliyev Ağstafa rayonunda restoranlardan birində yeyib-içiblər. Sərxoş vəziyyətdə olan qardaşlar restoranda ard-arda bir neçə mahnı sifariş verib, oynayıblar. Onlar yenidən mahnı sifariş verərkən səs-küy salıb, restorandakı digər qonaqların istirahətinə mane olublar. Restoran sahibi musiqini saxlayıb və qardaşlara iradını bildirib. Bu vaxt Xəyal stoldakı pivə bakalını qıraraq, həmin bakalla özünə xəsarətlər yetirməyə başlayıb. Bu vaxt yanında olan qardaşı Nicat qırılmış bakalı ondan almağa cəhd edib və nəticədə özü də xəsarət alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

***

Ağstafa rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini, 2003-cü il təvəllüdlü N.Vəliyev və qardaşı 2005-ci il təvəllüdlü X.Vəliyev bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər sərxoş vəziyyətdə özlərinə xəsarət yetiriblər.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 96
ŞƏRH YAZ
Ad

E-mail

Şərh