Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB

Metro stansiyalarında sərnişinlərin gündəlik tələbatını qarşılayan müxtəlif satış və xidmət məntəqələrinin fəaliyyət göstərməsi həm sərnişinlər üçün əlavə imkan yarada, həm də metropoliten üçün yeni gəlir mənbələrinin formalaşmasına şərait yarada bilər.
Avtosfer.az baku.ws-ə istinadla xəbər verir ki, stansiyaların sərnişin axınının yüksək olduğu ərazilərində mövcud sahələrdən kommersiya məqsədləri ilə istifadə olunması metropolitenin əlavə qazanc əldə etməsi baxımından diqqət çəkir.
Bu istiqamətdə satış, xidmət və digər kommersiya obyektlərinin fəaliyyəti üçün uyğun sahələrin müəyyənləşdirilməsi metropolitenin qeyri-daşınma gəlirlərinin artırılmasına imkan verə bilər.
Belə gəlirlərin əldə olunması yalnız stansiyalardakı obyektlərlə məhdudlaşmır. Metropolitenin malik olduğu müxtəlif sahələrin, reklam imkanlarının və digər kommersiya resurslarının səmərəli istifadəsi də əlavə maliyyə mənbələrinin yaradılması baxımından əhəmiyyət daşıyır.
Maraqlıdır ki, metro stansiyalarının ərazisində müxtəlif obyektlərin, o cümlədən satış və xidmət məntəqələrinin fəaliyyət göstərməsi ilə bağlı gələcək üçün hər hansı planlar nəzərdə tutulurmu?
"Bakı Metropoliteni" QSC-dən olaraq bildirilib ki, mövcud stansiyalarda satış obyektlərinin fəaliyyətinin hərəkət təhlükəsizliyinə xələl gətirməməsi, xüsusilə giriş-çıxış sahələrində əlavə sıxlıq yaratması və sərnişinlərin maneəsiz hərəkətini çətinləşdirməsi yolverilməzdir:
"Bu səbəbdən həmin sahələrdə sərnişin axınının təhlükəsiz və rahat təşkili prioritet olaraq qalır. Qeyd edilənlər əsas götürülməklə metropoliten ərazisində müxtəlif kommersiya fəaliyyəti həyata keçirilir. Eyni zamanda, məhz həmin tələbə ziddiyyət təşkil etmədən qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni icarə sahələrinin istifadəyə verilməsi və əlavə gəlir imkanlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilir".
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO












