Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin bəzi dəhşətli təfərrüatları məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə ötən axşam qəsəbədəki fərdi yaşayış evlərindən birində qeydə alınıb. 33 yaşlı Əsgər Hüseynov həyat yoldaşı, 31 yaşlı Şəhanə İmanovanı kəsici alətlə amansızcasına qətlə yetirib.
Hadisə şahidi olan qonşulardan birinin sözlərinə görə, 15 yaşlı oğlan kənara qaçaraq fəryad edib və kömək istəyib:

"15 yaşında oğlan uşağı qışqıra-qışqıra gəldi ki, kömək elə, kəsir. Mən də elə bildim əlini kəsib. Getdim gördüm, gəlin qapının ağzında uzanıb. Başını kəsib, saçları da üzünə tökülüb..."
Həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb.
1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseynov Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Edən (MAXE) hərbi qulluqçu olub. O, Xüsusi Təyinatlı Həmlə Taborunun tərkibində 44 günlük Vətən müharibəsində iştirak edib.
Füzuli, Hadrut və Şuşa istiqamətində gedən ağır döyüşlərdə vuruşan Əsgər Hüseynov düşmən pusqusuna düşərək 3 yerindən ağır yaralanıb.
Snayper gülləsi nəticəsində qolu parçalanan, döyüş yoldaşları gözü önündə şəhid olan və ermənilər tərəfindən ölmüş zənn edilərək soyulan qazi möcüzə nəticəsində sağ qalıb.
O, müsahibələrinin birində döyüş meydanında keçirdiyi dəhşətli anları belə təsvir etmişdi:
"Dizimdən yaralandım, snayper gülləsi qolumu qopardı, qolum sümük parçasından asılı qaldı. Çoxlu qan itirirdim, susuzluqdan öz qanımı içməyə məcbur oldum..."
Ağır döyüş trauma və yaraları almış Vətən müharibəsi iştirakçısının dinc dövrdə törətdiyi bu amansız cinayət cəmiyyətdə böyük şok və təəssüf doğurub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO












