Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO - YENİLƏNİB

Xalq artisti Tofiq Mirzəyev bu gün İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, həmin qəbiristanlıqda onun anası Bela Moiseyeva, qardaşı Teymur və bacısı Leyla Mirzəyevalar da dəfn ediliblər.
"Tofiq Mirzəyev aktiv həyat tərzi sürürdü. Onun həyata keçirməyi arzuladığı, lakin hələ tamamlamadığı planları var idi. Ancaq tale başqa cür hökm verdi. İki ay əvvəl Tofiq Mirzəyev insult keçirmişdi. O, həmin vaxtdan sonra tam sağala bilməmişdi. İndi ondan yadigar oğlu Teymur qaldı", - deyə Y.Salman qeyd edib.
***11:09
Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.
O qeyd edib ki, Xalq artisti iki ay əvvəl insult səbəbi ilə sözügedən xəstəxanaya yerləşdirilib:
"Tofiq Mirzəyevin səhhəti bir müddət əvvəl yaxşılaşsa da, son günlər yenidən halı pisləşdi. Özü sağlığında dəfələrlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, bu gün İsrailin Araj şəhərindəki qəbiristanlıqda dəfn olunması planlaşdırılır".
***09:09
Azərbaycanın Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev vəfat edib.
O, 94 yaşında İsraildə dünyasını dəyişib.
Avtosfer.az bildirir ki, aktyorun ölüm səbəbi hələlik məlum deyil.
Xatırladaq ki, T.Mirzəyev 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə "Xalq artisti" fəxri adına və "Şöhrət ordeninə layiq görülüb.
Qeyd edək ki, Tofiq Mirzəyev "Uşaqlığın son gecəsi", "Nəsimi", "İstintaq", "Təhminə", "O qızı tapın" və digər ekran əsərlərində yaratdığı obrazlarla Azərbaycan tamaşaçısının yaddaşında silinməz izlər qoyub./oxu.az

Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO










