Banner

Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO

Hadisə 25 Noyabr 2026 15:35
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonu, Masazır dairəsində sürücülərin kütləvi şəkildə qayda pozması yolda sıxlığa səbəb olur.

Avtosfer.az xəbər verir ki, izləyicilərdən biri ərazidəki vəziyyəti əks etdirən videonu redaksiyanın “WhatsApp” ünvanına göndərərək şikayətini bildirib.

Onun sözlərinə görə, əvvəllər ərazidə sürücülərin zolaqlar üzrə hərəkət istiqamətini müəyyənləşdirən məlumatlandırıcı lövhələr olub. Lakin bir müddət əvvəl həmin lövhələr götürülüb. Hazırda isə yolda hərəkət zolaqlarını göstərən nişanlanma xətləri də yoxdur.

Nəticədə bəzi sürücülər Masazır istiqamətinə dönmək üçün nəzərdə tutulan sağ zolağın boş olduğunu görərək həmin zolağa keçib irəliləyirlər. Yolayrıcına çatdıqda isə Xırdalan istiqamətində sola dönmək və düzünə hərəkət etmək üçün nəzərdə tutulan zolaqlara daxil olurlar. Bu zaman həmin zolaqlarda hərəkət edən nəqliyyat vasitələrinin qarşısını kəsərək onların hərəkətini ləngidirlər.

Yolayrıcı işıqforla tənzimləndiyindən digər zolaqlarda hərəkət edən sürücülər bu səbəbdən növbəti dəfə qırmızı işıqda gözləməli olurlar. Bu isə ərazidə sıxlıq və qarışıqlıq yaradır.

Şikayətçi iddia edir ki, ərazidə nəzarətin və qayda pozuntularını qeydə alan kameraların olmaması sürücülərin bu cür manevrlər etməsinə şərait yaradır.

Nərmin

bax.tvhttps://bax.tv/embed/229232.html

 

 

Oxunub : 212
ŞƏRH YAZ
Ad

E-mail

Şərh