Banner

İspaniya sahillərində qayıqda 10 miqrantın meyiti aşkarlandı

Xəbərlər 27 Noyabr 2026 19:05
İspaniya sahillərində qayıqda 10 miqrantın meyiti aşkarlandı
WhatsApp kanalımıza abunə olun

İspaniyanın El-Yerro adasındakı La-Restinqadan təxminən 62 kilometr cənubda kiçik qayığın göyərtəsində 10 miqrantın meyiti aşkarlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Dəniz Xilasetmə Xidmətinə istinadən İspaniya mediası məlumat yayıb.

Bundan əlavə, digər altı miqrant helikopterlə xəstəxanaya çatdırılıb. 

Bu gün La-Restinqa limanına yan alan ilk qayıqda 111 nəfər, o cümlədən 4 qadın və 12 yetkinlik yaşına çatmayan şəxs olub. Seneqal, Qambiya və Qvineya-Konakridən olan miqrantlar Dakardan gəliblər.

Eyni zamanda, xidmətin məlumatına görə, Qran-Kanariya sahilinə 49 miqrant çıxarılıb. Miqrantlar şişmə qayıqla hərəkət ediblər.

Oxunub : 30
ŞƏRH YAZ
Ad

E-mail

Şərh