Banner

Cəbrayıla 10 baş ceyran buraxıldı - FOTOLAR

Xəbərlər 27 Noyabr 2026 17:39
Cəbrayıla 10 baş ceyran buraxıldı - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb.

Bu barədə Avtosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti reintroduksiya tədbiri həyata keçirilib:

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulmuş fauna növlərinin bərpası və reintroduksiyası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb".

Xidmət rəisi qeyd edib ki, bu günədək işğaldan azad edilmiş ərazilərə 50 baş ceyran buraxılıb.

 

Cəbrayıla 10 baş ceyran buraxıldı - FOTOLAR

Cəbrayıla 10 baş ceyran buraxıldı - FOTOLAR

Cəbrayıla 10 baş ceyran buraxıldı - FOTOLAR

 

Oxunub : 58
ŞƏRH YAZ
Ad

E-mail

Şərh