Avtomobilin içərisində silahla müsahibə verdilər: Polisinin əməliyyatı ilə ələ keçdilər

Almaniyanın ZDF televiziya kanalının sənədli filmində silahlı şəxslərin görüntülərinin yayımlanmasından sonra Türkiyənin İstanbul şəhərində "Daltonlar" cinayətkar qruplaşmasına qarşı keçirilən əməliyyat çərçivəsində daha 6 şübhəli saxlanılıb. Beləliklə, saxlanılanların sayı 15-ə yüksəlib.
Avtosfer.az bu barədə İHA agentliyinə istinadən xəbər verir.
Almaniyanın ZDF telekanalı "Sərhəd tanımayan cinayət" adlı üçseriyalı sənədli filmində İstanbulda "Daltonlar" cinayətkar qruplaşması ilə əlaqəli olduğu iddia edilən şəxslərə yer verib. Avtomobilin içərisində silahlı şəxslərin müsahibə verdiyi görüntülərin sosial şəbəkələrdə paylaşılmasından sonra İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar.
İlkin mərhələdə görüntülərdə yer alan və polis əməkdaşları tərəfindən cinayətkar qruplaşmanın tərkibində fəaliyyət göstərdikləri müəyyən edilən doqquz şübhəli saxlanılıb. İstintaq çərçivəsində daha altı şübhəlinin tutulması ilə saxlanılanların sayı 15-ə çatıb.
Əməliyyat zamanı qanunsuz mərc oyunları fəaliyyətində istifadə edildiyi ehtimal olunan üç notbuk, bir lisenziyasız tapança və patronlar götürülüb.
Şübhəlilərin polis idarəsindəki istintaq-prosessual tədbirləri davam edir.
“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI












