Sabiq icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başladı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun sabiq müavini, YAP-ın Balakən Rayon Təşkilatının sədri Rizvan Balayevin məhkəməsi başlayıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib
Məhkəmənin ilk baxış iclası dekabrın 11-nə təyin edilib.
Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub.
O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2-ci ( (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), və 311.3.2 (təkrar rüşvət alma) 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.3-cü maddələri ilə ittiham olunur.
İslam Rzayev ötən il oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Rizvan Balayevə isə bu il saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 və 32.5,311.3.2-ci maddələri üzrə ittiham irəli sürülüb.
Rizvan Balayev 2007-2022-ci illərdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini olub, həmçinin 2011-ci ildən etibarən YAP-nin Balakən rayon təşkilatına rəhbərlik edib.
İş üzrə zərərçəkmiş şəxs qismində Maliyyə Nazirliyi tanınıb.
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?











