Azyaşlını maşınla vurub heç nə olmamış kimi yoluna davam etdi - FOTO - VİDEO

Türkiyəli aktrisa Mina Derman çiçək satan bir uşağı avtomobili ilə vuraraq hadisə yerindən uzaqlaşıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı görüntülər Türkiyənin bəzi xəbər səhifələrində paylaşılıb.
Hadisə dünən axşam saatlarında İstanbulun Bebek rayonunda baş verib.
Görüntülərdən Dermanın avtomobildə sükan arxasında olduğu, uşağın maşına yaxınlaşdığı və aktrisanın bu zaman jurnalistləri görərək panikaya düşüb sürətlə oradan uzaqlaşdığı, azyaşlının isə yerə yıxıldığı görünür.
Sözügedən hadisə sosial mediada geniş müzakirələrə səbəb olub, aktrisa davranışına görə sərt tənqid edilib.
23 yaşlı M.Derman məsələ ilə bağlı instaqram hesabında açıqlama yayaraq iddiaları təkzib edib: “Hər hansı avtomobillə vurma və ya qaçma hadisəsi baş verməyib. Həmin an yanımızda olan jurnalistlər də bunu gördü. Uşaq avtomobilin arxasınca qaçarkən özü qəfil maşına dəydi və yıxıldı. Ona baxanda gördüm ki, artıq ayağa qalxıb qaçır”.
Qeyd edək ki, Mina Derman hazırda “Sahibsizlər” serialında “Melis” obrazını canlandırır.



Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












